Millimizin futbolçusu yeni klubunda debütünü qolla qeyd etdi

Millimizin futbolçusu yeni klubunda debütünü qolla qeyd etdi

Millimizin üzvü Anatoli Nuriyevin yeni klubuna transferi rəsmən açıqlanıb.

Sport7.az xəbər verir ki, Ukrayna təmsilçisi "Kolos” 25 yaşlı yarımmüdafiəçini ictimaiyyətə təqdim edib. Premyer Liqa təmsilçisi Nuriyevlə yanaşı, daha 3 yeni transferlə münasibətləri rəsmiləşdirib. 
 
Nuriyev yeni komandasında debütünü qolla qeyd edib. Millimizin üzvü "Aleksanriya"nı 2:0 hesabı ilə məğlub etdikləri yoxlama matçında ikinci hissədə meydana çıxıb və 47-ci dəqiqədə penaltidən fərqlənib. 

Ötən mövsümün sonunda "Minay”dan ayrılan Nuriyev Kovalivka təmsilçisinə azad agent statusunda qoşulub. O, "Kolos”da 11 nömrəli formanı geyinəcək. Komanda Konfrans Liqasında mübarizə aparacaq. Anatoli keçən mövsüm 10 qolla "Minay”ın bombardiri olub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR