Millimizin futbolçusu yenidən Türkiyədə oynaya bilər

Millimizin futbolçusu yenidən Türkiyədə oynaya bilər

"Sabah"ın və Azərbaycan millisinin futbolçusu Ozan Can Kökçü karyerasını yenidən Türkiyədə davam etdirə bilər.

Sport7.az xəbər verir ki, 23 yaşlı vingerlə I Liqaya yüksələn "Eyüpspor" klubu maraqlanır. Türkiyə təmsilçisi Kökçü ilə danışıqlara da start verib. Klub "Sabah"la razılaşsa, oyunçunu heyətinə qatacaq.

Kökçünun "Sabah"la müqaviləsi 2023-cü ildə başa çatmalıdır. O, 2020/2021 mövsümünün ikinci yarısını icarə əsasında Niderlandın "Telstar" klubunda keçirib. Vinger daha əvvəl Türkiyədə "Bursaspor" və "Giresunspor" komandalarının formasını geyinib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR