Millimizin futbolçusunun yeni klubu müəyyənləşib

Millimizin futbolçusunun yeni klubu müəyyənləşib

Azərbaycan millisinin futbolçusu Anatoli Nuriyevin yeni klubu bəlli olub.

Sport7.az xəbər verir ki, bu haqda Ukrayna mətbuatı yazıb. 25 yaşlı hücumçu Ukrayna "Kolos"u ilə müqavilə imzalayacaq. Sözləşmənin detalları açıqlanmayıb. Nuriyev ötən mövsüm sözügedən ölkə təmsilçisi "Minay"da forma geyinib. Komanda Premyer Liqada sonuncu - 14-cü yeri tutaraq, aşağı liqaya enib.

Forvard çempionatda 10 qol vuraraq, bombardirlər siyahısında "Zarya"nın futbolçusu Şahab Zahedi ilə birgə 3-4-cü yerləri bölüşüb.

"Kolos" son mövsümdə Ukrayna Premyer Liqasında 4-cü olub və Konfrans Liqasına vəsiqə qazanıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR