Millimizin hücumçusu klubunu dəyişir

Millimizin hücumçusu klubunu dəyişir

Millimizin hücumçusu Anatoli Nuriyev Ukraynada formasını geydiyi "Minay”dan ayrıla bilər.

Sport7.az xəbər verir ki, bu barədə "Meta-ratings" nəşri məlumat yayıb. Xəbərə görə, buna səbəb komandanın Premyer Liqanı tərk etməsidir.
 
Nuriyevin Ujqorod təmsilçisi ilə olan müqaviləsində belə bir maddə var ki, klub aşağı liqaya düşəcəyi təqdirdə, oyunçu azad agent statusu alacaq. Futbolçunun xidmətində maraqlı olan "Kolos" da bundan yararlanaraq, Nuriyevi heyətinə qatmaq niyyətindədir.

25 yaşlı hücumçu bu mövsüm Ukrayna çempionatında 24 oyun keçirib və 10 qol vurub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR