Millimizin oyunlarını idarə edəcək hakimlər müəyyənləşdi

Millimizin oyunlarını idarə edəcək hakimlər müəyyənləşdi

Kişi voleybolçulardan ibarət Azərbaycan milli komandası mayın 7-16-da Avropa çempionatının seçmə mərhələsinin oyunlarını keçirəcək.
 
Sport7.az xəbər verir ki, təsnifat mərhələsində F qrupunda yer alan və görüşlərinə Gürcüstan və Monteneqroda çıxacaq yığmamızın matçlarını idarə edəcək hakimlər bəlli olub. 

Voleybolçularımızın Monteneqro, Gürcüstan və Yunanıstanla görüşlərini 4 referi təyinat alıb. Oyunlarımızda hakim funksiyasını Erdal Akıncı (Türkiyə), Mixail Medved (Ukrayna), Vladimir Oleynik (Rusiya) və Dobromir Dobrev (Bolqarıstan) yerinə yetirəcəklər.
 
I dövrənin oyunları mayın 7-9-da Gürcüstanda, II dövrənin oyunları mayın 14-16-da Monteneqroda təşkil olunacaq. Komandamız ilk matçını mayın 7-də Monteneqro millisinə qarşı keçirəcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR