Millimizin oyunlarının təqvimi müəyyənləşdi

Millimizin oyunlarının təqvimi müəyyənləşdi

Qadınlardan ibarət Azərbaycan milli komandasının 2023-cü il dünya çempionatının seçmə oyunları üçün təqvimi bəlli olub.

Sport7.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçi olduğu komanda ilk oyununu sentyabrın 17-də səfərdə Rusiyaya qarşı keçirəcək.

Komanda seçmə mərhələyə 2022-ci il sentyabrın 6-da Bosniya və Herseqovina ilə ev oyunu ilə yekun vuracaq.

2021

17 sentyabr
Rusiya - Azərbaycan

21 sentyabr
Azərbaycan - Danimarka

21 oktyabr
Monteneqro - Azərbaycan

26 oktyabr
Azərbaycan - Malta

25 noyabr
Azərbaycan - Rusiya

30 noyabr
Azərbaycan - Monteneqro

2022

7 aprel
Bosniya və Herseqovina - Azərbaycan

12 aprel
Danimarka - Azərbaycan

2 sentyabr
Malta - Azərbaycan

6 sentyabr
Azərbaycan - Bosniya və Herseqovina

Qeyd edək ki, dünya çempionatının final mərhələsi 2023-cü ildə Avstraliya və Yeni Zelandiyada təşkil ediləcək.
 
Sport7.az 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR