Millimizin rəqibi cəzalandı - FİFA-dan cərimə

Millimizin rəqibi cəzalandı - FİFA-dan cərimə

DÇ-2018-in seçmə mərhələsində millimizin rəqiblərindən olan Şimali İrlandiya FİFA tərəfindən cəzalandırılıb. 

Sport7.az xəbər verir ki, cəza alanlar siyahısında Şimali İrlandiya ilə yanaşı, İngiltərə, Şotlandiya, Uels və İrlandiya futbol federasiyaları cərimələnib. 

Buna səbəb bu yığmaların rəsmi görüşlərdə Böyük Britaniyadakı münaqişələrdə dünyasını dəyişənlərin xatirəsini yad etmək üçün oyunlar zamanı üzərində xaş-xaş olan emblemli formalardan istifadə etməsidir. 

FİFA bunu siyasi rəmz hesab edir. Buna görə də Şimali İrlandiyanı 11 min 700 funt-sterlinq məbləğində cərimələnib.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR