Millimizin sabiq müdafiəçisi klubundan ayrılır

Millimizin sabiq müdafiəçisi klubundan ayrılır

Millimizin sabiq futbolçusu Pavel Paşayev "Aleksandriya”dan ayrıla bilər.

Sport7.az xəbər verir ki, cinah müdafiəçisinin Ukrayna təmsilçisi ilə müqaviləsi mövsümün sonunda bitəcək. Onunla yanaşı, daha 6 oyunçunun sözləşmə müddəti başa çatır.
 
Rəhbərlik hələlik onlara yeni saziş təklif etməyib. Həmçinin istirahətə buraxılan komandanın nə zaman bir araya gələcəyi də bəlli deyil. Təlim-məşq toplanışının müddəti və ayrılacaq futbolçuların kimliyi yeni baş məşqçi təyinatından sonra müəyyənləşəcək.

"Aleksandriya” 29 xalla Ukrayna Premyer Liqasını 8-ci pillədə tamamlayıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR