Millimizin üzvü Ukraynada dubla və məhsuldar ötürməyə imza atdı - VİDEO

Millimizin üzvü Ukraynada dubla və məhsuldar ötürməyə imza atdı - VİDEO

Ukrayna klubu "Minay"da çıxış edən Azərbaycan millisinin futbolçusu Anatoli Nuriyev Premyer Liqanın 22-ci turunun "Desna" ilə ev matçında fərqlənib.

Sport7.az xəbər verir ki, 25 yaşlı hücumçu 3:1 hesabı ilə qalib gəldikləri matçda 23 və 39-cu dəqiqələrdə qol vurmaqla dubla imza atıb. Əvvəlcə penaltidən hesabı açan Nuriyev 16 dəqiqə sonra komandanın digər azərbaycanlı futbolçusu Rüstəm Əhmədzadənin məhsuldar ötürməsi ilə fərqi 2 topa çatdırıb. 50-ci dəqiqədə isə onun özü məhsuldar ötürmə müəllifi olub.

Bu, forvardın cari mövsüm Ukrayna çempionatında 10-cu qolu olub. Nuriyev bu göstərici ilə Vladislav Kulaç ("Vorskla") və Viktor Tsıqankovla ("Dinamo", Kiyev) birlikdə bombardirlik yarışında ilk 3 sıranı bölüşdürür.

Bu qələbədən sonra xallarını 18-ə çatdıran "Minay" 12-ci pilləyə yüksəlib.
 

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR