Millimizin üzvünün klubu Premyer Liqaya qayıdır

Millimizin üzvünün klubu Premyer Liqaya qayıdır

Azərbaycan millisinin futbolçusu Rüstəm Əhmədzadənin çıxış etdiyi "Minay" Ukrayna Premyer Liqasına qayıda bilər.

Sport7.az xəbər verir ki, bu haqda yerli mətbuatda yazılıb. Buna "Olimpik"in maliyyə probleminə görə yüksək dəstəyə buraxılmaması səbəb olub. Bu kollektivi ötən mövsümün sonunda aşağı liqaya düşən "Minay"ın əvəzləyəcəyi gözlənilir. Məsələ ilə bağlı danışan Əhmədzadə elitaya qayıdacaqları halda orada oynamağa layiq olduqlarını sübut edəcəklərini bildirib: "Komandanın güclənməsi üçün transfer bazarında ciddi işləmək lazımdır. Ümid edirəm ki, yeni mövsümə tam hazırlaşmaq üçün kifayət qədər vaxtımız olacaq".

21 yaşlı hücumçu "Munkaç"la son yoxlama matçını zədə səbəbindən buraxdığını söyləyib: "Yüngül zədəm var. Düşünürəm ki, gələn həftə tam proqram üzrə məşqlərə başlayıb oynaya biləcəyəm".

Ötən mövsümün sonunda "Minay"dan ayrılan Azərbaycan millisinin digər futbolçusu Anatoli Nuriyev "Kolos"a keçib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR