Misirli qapıçıdan rekord

Misirli qapıçıdan rekord

Misirli qapıçı Essam Əl-Hadari Dünya çempionatında forma geyən ən yaşlı futbolçu olub.
 
Sport7.az xəbər verir ki, 45 yaş 161 günlük olan əlcək sahibi Səudiyyə Ərəbistanı ilə oyuna çıxandan sonra bu ünvanı ələ keçirib.   
 
hazırda dünya çempionatında meydana komanda çıxaran 3 məşqçidən daha yaşlı olan Əl-hadari "Yaşım 45, amma bu sadəcə kağız üzərindədi. Atam dünyasını dəyişib, ölmədən öncə bir istəyi vardı. "Səni dünya çempionatında görmək istəyirəm" deyirdi, onu qürurlandırdığımı düşünürəm" sözlərini söyləyib.
 
Əl-Hadari, Belçikanın baş məşqçisi Roberto Martinezdən 179, Serbiyalı çalışdırıcı Mladen Krstayiçdən 413, və Seneqal yığmasına rəhbərlik edən Aliu Sissedən 1164 gün böyükdü.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR