Mourinyo erməni futbolçunu

Mourinyo erməni futbolçunu "Roma"dan qovur

"Roma" yay transfer dönəmində futbolçusu Henrix Mxitaryanla yollarını ayıra bilər.

Sport7.az xəbər verir ki, səbəb paytaxt təmsilçisinin baş məşqçi postuna Joze Mourinyonun gətirilməsidi. Portuqaliyalı mütəxəssisin 32 yaşlı erməni yarımmüdafiəçi ilə münasibətləri qaydasında deyil. Müqaviləsi yayda başa çatacaq Mxitaryanla klub sözləşməni yeniləmək niyyətində deyil.

Erməni futbolçu "Roma"ya 2020-ci ildə "Arsenal"dan keçib. O, bu mövsüm oynadığı 42 oyunda 11 qola, eyni sayda məhsuldar ötürməyə imza atıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR