MPK ilə ADBTİA arasında memorandumu imzalandı

MPK ilə ADBTİA arasında memorandumu imzalandı

Azərbaycan Milli Paralimpiya Komitəsi (AMPK) ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA) arasında anlaşma memorandumu imzalanıb.
 
Sport7.az xəbər verir ki, sənədi AMPK-nın prezidenti İlqar Rəhimov və ADBTİA-nın rektoru Fuad Hacıyev imzalayıblar. Memorandum tərəflər arasında informasiya dəstəyi sahəsində əməkdaşlığı və təcrübə mübadiləsini əhatə edir. Bu əməkdaşlıq çərçivəsində  Akademiyanın "İdman jurnalistikası” magistr proqramı tələbələri mayın 25-26 da Bakıda  təşkil olunacaq paracüdo üzrə beynəlxalq Qran-Pri yarışının və bu il keçiriləcəkTokio 2020 XVI Yay Paralimpiya Oyunlarının işıqlandırılmasında fəal iştirak edəcəklər. Buraya yarışların gedişatında medianın operativ xəbərlərlə təmin olunması və media dəstəyi ilə bağlı digər məsələlər daxildir.

Əməkdaşlıq sayəsində Akademiyanın magistr proqramının tələbələri təcrübə qazanacaq, eyni zamanda ölkəmizdə paralimpiya hərəkatının təşviqi sahəsində də işlər görüləcəklər.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR