Naxçıvanda hakimlərin seminarı keçirilib

Naxçıvanda hakimlərin seminarı keçirilib

Azərbaycan Milli Karate Federasiyasının fəaliyyət proqramına əsasən Naxçıvan Muxtar Respublikasında hakimlər seminarı keçirilib. 

Sport7.az xəbər verir ki, federasiyanın Hakimlər komitəsinin sədri, beynəlxalq hakim Cahangir Babayevin rəhbərliyi və beynəlxalq hakim Vüqar Kərimovun asisstentliyi ilə iki gün keçirilən nəzəri və praktiki seminarda 20-dən artıq yerli hakim iştirak edib. Dərəcəsini artıran hakimlərə müvafiq sertifikatlar təqdim edilib. 

Babayev həmçinin iyulun əvvəli Xorvatiyada gənclərin Dünya Kubokuna yollanan Naxçıvanlı karateçilərin son hazırlıq məşqlərində iştirak edərək, onlara yarış qaydaları ilə bağlı məlumatlardan əlavə tövsiyyələrini verib. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR