"Neçə gündür sabahkı oyunu analız edirik" - Namiq Ələsgərov

Bu gün Kişinyovda keçiriləcək Moldova - Azərbaycan beynəlxalq yoldaşlıq oyunu öncəsi millimizin və "Neftçi"nin hücumçusu Namiq Ələsgərov fikirlərini bildirib.
 
Sport7.az xəbər verir ki, futbolçu açıqlamasında bunları söyləyib: "Çətin mövsüm keçirdik. Futbolçularda müəyyən mənada yorğunluq hiss olunurdu. Bu təlim-məşq toplanışı bizi yenidən hazır vəziyyətə gətirdi. Plana uyğun olaraq məşqlərimizi davam etdiririk. Keçirdiyimiz iki oyunda pis təsir bağışlamadığımızı düşünürəm. Düzdür, Türkiyə ilə oyunda nəticə biz istəyən kimi olmadı, amma bunu da normal qarşılaşamaq lazımdır. Türkiyə güclü rəqibdir, üstəlik, Avropa çempionatının final mərhələsində mübarizə aparacaq. Belarusla oyunda isə hesabda geridə olsaq da, dönüş yaratmağı bacardıq. Moldova ilə oyunda da yaxşı nəticə qazanmaq üçün mübarizə aparacağıq. Artıq neçə gündür sabahkı oyunu analız edirik. Mənə inanıb şans verdiyinə görə baş məşqçiyə təşəkkür edirəm”.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR