“Neftçi” ilk yoxlama oyununda heç-heçə etdi - VİDEO

“Neftçi” ilk yoxlama oyununda heç-heçə etdi - VİDEO

"Neftçi” təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib.
 
Sport7.az xəbər verir ki, komanda Sloveniya təmslçisi "Olimpiya” (Lyublyana) ilə qarşılaşıb. "Kodeljevo Sport Ljubljana” stadionunda baş tutan görüş heç-heçə nəticələnib – 1:1. "Neftçi TV” vasitəsilə canlı yayımlanan matçın 1-ci dəqiqəsində hesabı Namiq Ələsgərov açıb. Bundan 1 dəqiqə sonra Mihaylo Peroviç bərabərlik qolunu vurub.
 
"Neftçi": 30.Aqil Məmmədov, 3.Mamadu Mbodj, 6.Voislav Stankoviç, 7.Namik Ələskərov, 8.Emin Mahmudov (K), 20.Mert Çelik, 24.Yusuf Laval, 26.Ömər Buludov, 29.Sabir Buqrin, 36.Mamadu Kane, 37.Vüsal Əsgərov.
Ehtiyat oyunçular: 12.Kamran İbrahimov, 94.Əlirza Müştəbəzadə, 10.Sezar Meza Kolli, 11.Harramiz, 19.Fəhmin Muradbəyli, 21.İsmayıl Zülfüqarlı, 22.Mirabdulla Abbasov, 70.Asim Əlizadə, 72.Emin Zamanov.
 
Sloveniyanın Kranyska Qora bölgəsində yerləşən "Ramada Hotel Suites”də məskunlaşan paytaxt təmsilçisi toplanış çərçivəsində daha iki yoxlama oyunu keçirəcək. Flaqman iyunun 25-də Macarıstan "Fehervar”ı, 29-da isə Moskva "Spartak”ı ilə üz-üzə gələcək.
 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR