"Neftçi" müdafiəçisi ilə yeni müqavilə bağladı

"Neftçi” Voislav Stankoviçlə müqavilənin müddətini artırıb.
 
Sport7.az xəbər verir ki, 33 yaşlı serbiyalı futbolçu ilə 1+1 şərtli anlaşma imzalanıb. Stankoviç "Neftçi”də keçirdiyi iki mövsüm ərzində 53 oyunda meydana çıxıb, 3 qol vurub.
 
"Neftçi” bundan əvvəl Ömər Buludov, Fəhmin Murabəyli, Mamadu Mbodj və Mirabdulla Abbasovla yeni müqavilə bağlamışdı.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR