"Neftçi"dən azarkeşlərə müraciət

"Neftçi" klubu UEFA Çempionlar Liqasında Gürcüstanın "Dinamo"ya (Tbilisi) qarşı keçirəcəyi ilk təsnifat mərhələsinin cavab görüşü ilə əlaqədar azarkeşlərə müraciət edib.

Sport7.az xəbər verir ki, müraciətdə bunlar yazılıb: "Azərbaycan Premyer Liqası klublarının UEFA-nın bayrağı altında təşkil olunan turnirlər çərçivəsində evdə keçirəcəkləri oyunlar zamanı müvafiq stadionların ümumi azarkeş tutumunun 50 faizi qədər azarkeşin tribunalara buraxılması ilə bağlı Azərbaycan Futbol Federasiyaları Assosiasiyası tərəfindən Nazirlər Kabineti yanında Operativ Qərargaha ünvanlanmış müraciət müsbət cavablandırılıb. "Neftçi” PFK olaraq uzun fasilədən sonra yenidən azarkeşlərimizlə görüşəcəyimizə görə çox sevinirik və həmin günü səbirsizliklə gözləyirik.

Yaxın günlərdə Çempionlar Liqasının I təsnifat mərhələsi çərçivəsində iyulun 14-ü saat 21:00-da keçiriləcək Tbilisinin "Dinamo” klubu ilə oyunun biletləri satışa çıxarılacaq və bu haqda ətraflı məlumat paylaşılacaq.

AFFA tərəfindən COVID-19 pandemiyası ilə əlaqədar mövcud olan bütün tələb və tövsiyələrə, sanitar-gigiyenik qaydalara əməl olunması barədə müvafiq məlumatlar klubumuza göndərilib, rəhbərlik azarkeşlərin tribunalara qayıtması üçün bütün öhdəlik və məsuliyyəti öz üzərinə götürüb. Bununla əlaqədar, xahiş edirik ki, oyunda iştirak edəcək hər kəs stadiona daxil olarkən, oyun zamanı və oradan çıxarkən tətbiq olunacaq pandemiya qaydalarına əməl etsinlər".
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR