"Neftçi"nin rəqibindən iki transfer

Çempionlar Liqasında 1-ci təsnifat mərhələsi çərçivəsində sabah doğma meydanda "Neftçi" ilə qarşılşacaq Gürcüstan təmsilçisi "Dinamo" (Tbilisi) oyunöncəsi heyətini yeni futbolçularla gücləndirib.

Sport7.az xəbər verir ki, Tbilisi komandası qanalı oyunçular Devid Mavutor və Barns Oseylə anlaşıb. Hər iki yarımmüdafiəçi tibbi müayinədən keçdikdən sonra onlarla rəsmi müqavilə imzalanacaq.

Mavutorun son klubu Polşa "Visla"sı olub. Osey isə son olaraq Kiprin "Nea Salamina" komandasında çıxış edib.

"Dinamo" və "Neftçi" arasında ilk oyun iyulun 7-si Bakı vaxtı ilə saat 20:00-da Boris Payçadze adına "Dinamo Arena”da, cavab görüşü isə 1 həftə sonra saat 21:00-da "Bakcell Arena”da keçiriləcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR