"Neftçi"nin sabiq futbolçusu Portuqaliya çempionatında

"Neftçi"nin sabiq futbolçusu Denilson Pereyra karyerasını Portuqaliyada davam etdirəcək.

Sport7.az xəbər verir ki, braziliyalı hücumçu "Pasuş de Ferreyra" komandasına keçib. Klubun rəsmi saytı 26 yaşlı forvardla 2 illik müqavilə imzalandığını açıqlayıb.

2016-cı ildə "Neftçi"nin formasını geyinmiş Denilson "ağ-qaralar"ın heyətində meydana çıxdığı 9 oyunda 1 qol vurub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR