"Neftçi"nin sonuncu rəqibi müəyyənləşdi

"Neftçi" klubunun Türkiyənin Antalya bölgəsində sonuncu rəqibi müəyyənləşib. 

Sport7.az xəbər verir ki, sonuncu rəqib Rumıniya yüksək liqasında mübarizə aparan "Konkordia" komandası olacaq. Bu barədə "Report" məlumat yayıb.

Görüş yanvarın 19-da olacaq. Xəbəri Kyajna şəhəri təmsilçisinin rəsmi saytı yayıb. Lakin həmin mənbə "Neftçi"ni Azərbaycan Premyer Liqasında 3-cü yerin sahibi kimi təqdim edib. Halbuki "ağ-qaralar" mövsümün ilk yarısını 8 komanda arasında 7-ci yerdə başa vurub. Azərbaycan klubunun baş inzibatçısı İslam Abbasov da Rumıniya klubu ilə yoxlama görüşünə dair razılığın əldə olunduğunu təsdiqləyib.

Qeyd edək ki, yanvarın 4-dən Antalyada olan "Neftçi" hələlik 3 yoxlama matçına çıxıb. Türkiyənin I Liqa təmsilçisi "Sivasspor"la 0:0 hesablı heç-heçə edən "ağ-qaralar" Özbəkistan "Nasaf"ına 0:1, Albaniyanın "Kukesi" komandasına 2:4 hesabı ilə uduzub. Flaqman yanvarın 17-də Rusiyanın I Divizion təmsilçisi "Tosno" ilə, yanvarın 18-də isə Premyer Liqada mübarizə aparan "Terek"lə qarşılaşacaq. 

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR