Neymar 2025-ci ilə qədər PSJ-də - VİDEO

Neymar 2025-ci ilə qədər PSJ-də - VİDEO

Braziliya yığmasının ulduzu Neymar PSJ ilə yeni müqavilə bağlayıb.

Sport7.az xəbər verir ki, bu haqda Paris təmsilçisinin rəsmi saytında məlumat yer alıb. 29 yaşlı hücumçu komandası ilə 4 illik yeni anlaşmaya imza atıb. Təcrübəli forvard bu mövsüm oynadığı 27 matçda 15 qol vurub.

Neymar "PSJ”yə 2017-ci ildə "Barselona”dan keçib. Transferin məbləği rekord - 222 milyon avro təşkil edib. Onun klubla yeni müqaviləsi 2025-ci ilin yayınadək nəzərdə tutulub.
 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR