Neymar bu futbolçu ilə oynamağı arzulayır

Neymar bu futbolçu ilə oynamağı arzulayır

PSJ-nin braziliyalı ulduzu Neymar hansı futbolçu ilə bir komandada oynamaq istəməsindən danışıb.

Sport7.az xəbər verir ki, "sambaçı" açıqlamasında Portualiyalı ulduz, Ronaldo ilə birlikdə oynamaq arzusunu dilə gətirib: "Mən Kriştianu Ronaldonu seçərdim. Mən artıq Messi və Mbappe kimi çox yaxşı futbolçularla oynadım. Amma hələ Ronaldu ilə oynamamamışam".

Neymar mayın 8-də PSJ ilə müqavilənin müddətini 2025-ci ilə qədər uzadıb. Braziliyalı 2017-ci ildə rekord - 222 milyon avroya "Barselona"dan PSJ-yə keçib. Neymar cari mövsümdə Fransa çempionatının 16 matçında iştirak edərək, 8 qol vurub və 4 məhsuldar ötürmə edib.

Portuqaliyalı hücumçu Kriştianu Ronaldo isə 2018-ci ildə "Yuventus"a transfer olunub. O, yetirməsi olduğu "Sportinq"lə yanaşı "Mançester Yunayted" və "Real"da forma geyinib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR