"Neymara ona görə azarkeşlik edirəm ki..." - Pele

Əfsanəvi braziliyalı futbolçu Pele həmvətəni, PSJ-nin hücumçusu Neymarın Braziliya yığmasında qolların sayına görə onun rekordunu qırması ehtimalını qiymətləndirib.

Sport7.az xəbər verir ki, bu barədə veteran futbolçu şəxsi instaqram hesabında yazıb. Braziliya futbolunun canlı əfsanəsi fikirlərini belə ifadə edib: "Hər dəfə mən bu oğlanı görəndə o gülümsəyir. Cavab olaraq gülümsəməmək mümkün deyil, bu, sirayətedicidir. Mən bütün braziliyalılar kimi, onun oyununu görəndə hər zaman xoşbəxtəm. Bu gün Neymar Braziliya yığmasında qollar üzrə rekorduma doğru daha bir addım atdı. Və mən Neymara ona görə azarkeşlik edirəm ki, o, mənim ilk dəfə onun oyununu görəndə keçirdiyim eyni sevinclə rekordu qırsın".
 
 

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR