Niderland Kuboku

Niderland Kuboku "Ayaks"ın

Rotterdamdakı "De Kuyp" stadionunda "Ajaks" və "Vitess" arasında Niderland Kubokunun final oyunu keçirilib.

Sport7.az xəbər verir ki, qarşılaşma Amsterdam təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:1. Hesabı 23-cü dəqiqədə "Ajaks"ın yarımmüdafiəçisi Rayan Qravenberx açıb. Bundan 8 dəqiqə sonra "Vitess"in hücumçusu Lua Openda bərabərlik qolunu vurub. 85-ci dəqiqədə onun komanda yoldaşı Yakob Rasmussen qırmızı vərəqə alıb.

"Ayaks" say üstünlüyündən 90+1-ci dəqiqədə yararlanıb. David Neres fərqlənərək, komandasına 20-ci dəfə Niderland Kubokunu qazandırıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR