"Old Trafford"un tualetində bir gecə

"Arsenal"la oyunu izləmək istəyən 2 "Mançester Yunayted" azarkeşi tura qatılaraq girdikləri stadionun tualetində gecələyib. 

Sport7.az xəbər verir ki, İngiltərə premyer-liqasında "Mançüester Yunayted"ə könül verən azarkeşlərin oyunu izləyə bilmək üçün stadionun tualetində gizləndikləri ortaya çıxıb. 

İngilis mətbuatında yer alan xəbərlərə görə cümə axşamı qatıldıqları turla birlikdə stadiona gələn bu azarkeşlər gecəni tualetdə keçirib. Şənbə gününün səhərisi stadionda təhlükəsizlik yoxlaması aparan polislər tərəfindən yaxalanan həmin azarkeşlər riskli durum olmadığı üçün çölə çıxarılıb. 

Mançester camiəsinin "Xəyallar Stadionu" adlandırdıqları 76 min nəfər tutuma malik "Old Trafford" keçən mövsüm tribunada unudulan bir paket səbəbilə gündəmə gəlmişdi. Tualetdə unudulan paketə görə yaranan panika səbəbindən stadion həmin vaxt boşaldılmış və "Borunmut"la oynanılacaq matç təxirə salınmışdı. 

Qeyd edək ki, ötən həftəsonu baş tutan "Mançester Yunayted" - "Arsenal" görüşü Mata və Cirudun qarşılıqlı qolları sayəsində 1:1 hesabı ilə yekunlaşmışdı.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR