Para-pauerliftinqçilərimiz Türkiyəyə yola düşdü

Para-pauerliftinqçilərimiz Türkiyəyə yola düşdü

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin pauerliftinq idman növü üzrə milli komandası Türkiyənin Antalya şəhərində keçiriləcək təlim-məşq toplantısında iştirak etmək üçün yola düşüb.  
 
Sport7.az xəbər verir ki, baş məşqçi İlqar İbişovun rəhbərliyi altında 6 nəfərlik heyətlə qatılacaqları toplanış 21 aprel - 05 may tarixləri aralığında keçiriləcək.
 
Təlim-məşq toplantısının məqsədi 17-24 may 2021-ci il tarixlərində Gürcüstanın Tbilisi şəhərində keçiriləcək pauerliftinq idman növü üzrə Dünya Kuboku yarışına hazırlıqdır.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR