Paraüzgüçülərimizdən İtaliyada növbəti uğur

Paraüzgüçülərimizdən İtaliyada növbəti uğur

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin üzgüçülük idman növü üzrə komandası 10-19 Aprel tarixlərində İtaliyanın Lignano Sabbiadora şəhərində keçirilən Dünya seriyası yarışında iştirak edir. 

Sport7.az xəbər verir ki, idmançılarımız daha 2 növdə öz güclərini sınayıblar və Avropa Açıq çempionatına hazırlıq mərhələsində yaxşı nəticələr göstəriblər:
 
Raman Saleh 50 m sərbəst üsulla üzmə növündə 24:31
Raman Saleh 100 m butterfly növündə 58:57
Dana Şandıbina 50 m sərbəst üsulla üzmə növündə 31:69
Dana Şandıbina 100 m butterfly növündə 1:23:70 
Vəli İsrafilov 100 m butterfly növündə 1:06:04
 
Üzgüçülük idman növü üzrə Avropa Açıq çempionatı 16-22 may 2021-ci il tarixlərində Portuqaliyanın Madeyra şəhərində keçiriləcək.
 
Hər üç idmançımız Tokio 2020 Yay Paralimpiya Oyunlarına lisenziya əldə ediblər.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR