Payet

Payet "Marsel"ə keçmədi

Ötən mövsüm "Vest Hem" ilə 5 illik müqaviləyə imza atan Dmitri Payet klubda oynamaq istəmədiyi üçün gənclərdən ibarət komandada məşqlərini davam etdirir. 

Sport7.az xəbəfr verir ki, ulduz oyunçuya "Marsel" klubundan 19 milyon sterlinq təklif gəlib. Lakin Payet bu təklifə yox deyib. Bundan sonra "Marsel" qiyməti 20 milyona yüksəltsə də, Payetin qərarı dəyişməyib. 

"Vest Hem" rəsmisi David Sullivan daha yüksək məbləğdə təklif gözlədiklərini bildirib. 

Qeyd edək ki, 2015-ci ildə 10, 7 milyon sterlinq qarşılığında "Vest Hem"ə transfer olunan futbolçu ilə 2016-ci ilin fevralında müqavilə 2021-ci ilədək  uzadılıb. 

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR