Peruda Farfan şoku

Peruda Farfan şoku

DÇ-2018-də C qrupunda oynadığı hər iki matçda da uduzaraq qrupdan çıxmaq şansını itirən Peru yığmasında Cefferson Farfan şoku yaşanıb. 
 
Sport7.az xəbər verir ki, "Ximki Arena"da məşq zamanı hava topu uğrunda mübarizədə komanda yoldaşı ilə toqquşan ulduz futbolçu bir anda yerə yıxılıb.
 
Huşunu itirən 33 yaşlı sağ cinah oyunçusu dərhal xəstəxanaya aparılıb. 
 
Sonradan şüuru yerinə gələn və nəzarət altında saxlanılan Farfanın qrupdakı sonuncu, Avstraliya ilə matçında meydana çıxıb çıxmayacağı məlum deyil.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR