Portuqaliya - Almaniya matçı Avropa çempionatlarının tarixinə düşdü

Portuqaliya - Almaniya matçı Avropa çempionatlarının tarixinə düşdü

Avropa çempionatının F qrupunda keçirilmiş Portuqaliya - Almaniya oyununda rekord və antirekordlar qeydə alınıb.

Sport7.az xəbər verir ki, bu, Avropa çempionatlarının tarixinə iki avtoqolun qeydə alındığı ilk matç kimi düşüb. İndiyədək final mərhələlərində bir oyunda iki avtoqol vurulmayıb. Portuqaliyanın heyətində 35-ci dəqiqədə Ruben Diaş, 4 dəqiqə sonra isə Rafael Gerreyro topu öz qapısından keçirib.

AVRO-2020-dəki avtoqol sayı 5-ə çatıb. Bu da antirekord hesab edilir. Son olaraq AVRO-2016-da futbolçular 3 dəfə topu öz qapılarına vurub.

Almaniya yığmasının 3-cü qoluna imza atan Kay Haverts isə tarixə düşüb. İngiltərənin "Çelsi" klubundan yığmaya çağırılmış hücumçu millinin heyətində qitə çempionatında fərqlənən ən gənc oyunçu olub. O, 22 yaş 8 günündə rəqib qapısına yol tapıb.

Qarşılaşma Almaniyanın 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR