Portuqaliyada da çempion bəlli oldu

Portuqaliyada da çempion bəlli oldu

Portuqaliya çempionatının 2020/2021 mövsümünün qalibi "Sportinq" olub.
 
Sport7.az xəbər verir ki, 32-ci turda Lissabon təmsilçisi "Boavişta"nı qəbul edib. Lissabonda "Joze Alvalade" stadionunda keçirilən görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçda yeganə qolu Paulinyu vurub.

Bu qələbədən sonra "Sportinq” 82 xal toplayıb və yaxın təqibçisi "Portu”dan (74 xal) uzaqlaşıb. Üçüncü yeri isə 70 xalla "Benfika” tutur. 

Lissabonlular sonuncu dəfə 2001/2002 mövsümündə ölkə çempionluğunu qazanmışdı.

Bu, "Sportinq”in 19-cu çempionluğudur. Portuqaliyada ən çox çempion olan komanda isə "Benfika"dır. "Qartallar" 37 dəfə bu sevinci yaşayıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR