Premyer Liqa klublarımız

Premyer Liqa klublarımız "sülh" bağladı

Avroliqaya və növbəti mövsümə hazırlıq çərçivəsində Premyer Liqa klublarımız "Səbail"lə "Keşlə" yoxlama matçında qüvvəsini sınayıb.
 
Sport7.az xəbər verir ki, paytaxt təmsilçiləri Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında baş tutan görüşdən "sülh"lə ayrılıb. Oyun 1:1 hesabıyla başa çatıb. "Keşlə"dən yeni transfer Omar Qudiabi, "Səbail"dən isə Rauf Əliyev fərqlənib.
 
"Keşlə" növbəti yoxlama matçını "Sabah"a qarşı keçirəcək. Oyun iyulun 13-də saat 19.00-da Bank Respublika Arenada baş tutacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR