Prezident futbolçulara təşəkkür etdi

Prezident futbolçulara təşəkkür etdi

DÇ-2018-in qrup mərhələsində ilk 2 turunda uğursuzluq yaşayan Argentina millisi ötən gün Nigeriyanı 2:1 hesabı ilə məğlub edərək 1/8 final mərhələsinə adını yazdırıb. 

Sport7.az
xəbər verir ki, matçdan sonra Argentina prezidenti Maurisio Makri milli komandaya təşəkkür edib. 
 
Ölkə başçısı tvitter hesabında "Sağ olun. Roxo, əzizim, səni çox sevirəm!" deyə, yazıb. 
 
Qeyd edək ki, görüşdə həlledici qolu 86-cı dəqiqədə Markos Roxo vurub. Beləliklə, Argentina 1/8 final mərhələsində Fransa ilə qarşılaşacaq. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR