Prosineçkinin kirayə evə ödənməmiş 37 min avro borcu var

Prosineçkinin kirayə evə ödənməmiş 37 min avro borcu var

Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçkinin Serbiyanın paytaxtı Belqradda qaldığı evə olan borc üzündən "Srvena Zvezda" klubunun hesabı dondurulub. 

Sport7.az
xəbər verir ki, bu barədə "Report" yerli BN televiziyasına istinadən məlumat yayıb.  Robert Prosineçki həmin evdə 2011-ci ilin yanvarından 2012-ci ilin sentyabrınadək yaşayıb.

47 yaşlı mütəxəssis həmin müddətdə komandanın baş məşqçisi olub. Bu müddətdə evin kirayə haqqı üst-üstə 37 min avro təşkil edib. 

"Srvena Zvezda"nın maliyyə direktoru Stefan Pantoviç açıqlamasında məsələ ilə bağlı prosesin təxminən 2 il davam etdiyini deyib: "İki il danışıqlar, mübarizə getdi və nəhayət, icraat haqda qərar çıxdı. Biz hər zaman borclarımızı ödəmişik və bu məsələni də həll edəcəyik. Bu maddi vəziyyətlə bağlıdır. İki il əvvəl bizim 100-dən artıq məhkəmə işimiz vardı. İndi isə bu rəqəm 20-yə yaxındır. Bunlardan da 4-5-i artıq həllini tapıb və ödənişlər edilib".

Qeyd edək ki, Robert Prosineçki 2010-cu ilin dekabrından 2012-ci ilin avqustunadək "Srvena Zvezda"da baş məşqçi olub.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR