PSJ ispan ulduzun transferini açıqladı

PSJ ispan ulduzun transferini açıqladı

PSJ yeni transferini rəsmiləşdirib.

Sport7.az xəbər verir ki, bu haqda klubun rəsmi saytında məlumat yerləşdirilib. Paris təmsilçisi İspaniya "Real"ından ayrılan Serxio Ramosla müqavilə imzalayıb. 36 yaşlı müdafiəçi iki illik sözləşməyə qol çəkib.

2005-ci ildən "Real"ın formasını geyinmiş Serxio Ramos bu komandanın heyətində 5 dəfə İspaniya çempionu, 4 dəfə Çempionlar Liqasının qalibi olub, 4 dəfə İspaniya Super Kuboku və 1 dəfə klublararası dünya çempionluğu qazanıb. Həmçinin o, hərəyə 2 dəfə İspaniya Kuboku və UEFA Super Kubokunda qələbə sevinci yaşayıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR