PSJ İtaliya klubu ilə razılığa gələ bilmir

PSJ İtaliya klubu ilə razılığa gələ bilmir

Fransa 1-ci divizion klublarından "PSJ" mərakeşli müdafiəçi Əşrəf Hakiminin transferilə bağlı klubu "İnter"lə tam razılığa gələ bilmir.
 
Sport7.az xəbər verir ki, İtaliya mətbuatı Paris təmsilçisinin futbolçu üçün 60 milyon avrodan artıq təklif etmək istəmədiyini, lakin "İnter"in 75 milyon avro transfer məbləği tələb etdiyini yazıb. 

Xəbərdə həmçinin vurğulanır ki, "PSJ" futbolçunun özünə illik 8 milyon avro məvacib və 2 milyon avro şəklində də bonuslar təklif edir.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR