PSJ-nin futbolçusu

PSJ-nin futbolçusu "Bavariya" ilə matçı buraxacaq

PSJ-nin kapitanı Markinyos Çempionlar Liqasının 1/4 finalında "Bavariya" ilə cavab görüşünü buraxacaq.

Sport7.az xəbər verir ki, Münhendə keçirilən ilk oyunda zədələnən 26 yaşlı müdafiəçi komandanın bugünkü məşqində iştirak etməyib.

Markinyosun aprelin 14-də keçiriləcək qarşılaşmada oynamayacağı dəqiqləşib. Onun yerində cəzalı olduğu üçün ilk görüşü buraxan Leanardo Paradesin oynayacağı gözlənilir.

Fransada keçiriləcək PSJ - "Bavariya" matçı Bakı vaxtı ilə 23:00-da başlayacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR