PSJ-nin futbolçusu İngiltərəyə buraxılmadı

PSJ-nin futbolçusu İngiltərəyə buraxılmadı

İngiltərə Çempionlar Liqasında "Arsenal" ilə qarşılaşacaq PSJ-nin futbolçusu Serge Aurierə viza verməyib. 

Sport7.az xəbər verir ki, buna səbəb 23 yaşlı müdafiəçinin sentyabrda polis məmuruna hücum etdiyi üçün aldığı 2 aylıq həbs cəzası olub. 

PSJ klubundan verilən açıqlamaya görə, Birləşmiş Krallıq oktyabrda futbolçuya viza verib, lakin ötən həftə qərarını dəyişdirib. 

"Tuluza" klubundan transfer edilən Fil dişi sahilindən olan Aurier may ayında Parisdə gecə klubundan çıxarkən park nəzarətçisi ilə arasında dava yaranıb. Hər iki tərəf şiddət gördüyünü deyərək bir-birindən şikayət edib. Davada boynu və üzündən zərbə alan polisin şikayəti qəbul edilib. Soruşdurma zamanı deyilənləri boynuna almayan, polis tərəfindən ona iki yumruq atıldığını deyən futbolçuya 2 100 avro cəzasına məruz qalıb. 

Qeyd edək ki, A qrupunda keçiriləcək görüş sabah Bakı vaxtı ilə 23:45-də start götürəcək. 

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR