Qadın güləşçilərimiz lisenziya turnirində iştirak edəcək - FOTOLAR

Qadın güləşçilərimiz lisenziya turnirində iştirak edəcək - FOTOLAR

Qadın güləşi üzrə yığmamız Bakıda məşqləri davam etdirir.

Sport7.az xəbər verir ki, Olimpiya Güləş Mərkəzində təlim-məşq toplanışı keçən millimiz qarşıdan gələn Dünya Olimpiya Təsnifat turnirinə son hazırlıq prosesini həyata keçirir. Komanda baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında taktiki-texniki məşqlərdə iştirak edir. Fiziki hazırlıq üzrə məşqlər isə bu sahə üzrə mütəxəssis olan Mark Alan Filippinin nəzarəti altında keçirilir.

Qadın güləşçilərimiz mayın 3-də Bolqarıstana yollanacaq. Sofiyada keçiriləcək lisenziya yarışında 53, 57, 62, 68 və 76 kq-da çıxış edən güləşçilərimiz Olimpiya Oyunlarına vəsiqə qazanmağa çalışacaq.
 
Qadın güləşçilər Dünya Olimpiya Təsnifat turnirində mayın 7-8-də mübarizə aparacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR