"Qalatasaray" braziliyalı futbolçu ilə ikin razılıq əldə etdi

"Qalatasaray” Paulinyonu heyətinə qatmaqda israrlıdır.

Sport7.az xəbər verir ki, hazırda azad agent statusu daşıyan braziliyalı yarımmüdafiəçi ilə bir çox məsələdə ilkin razılıq əldə olunub. Daha əvvəl illik 4 milyon avro maaş tələb edən 33 yaşlı orta sahə oyunçusu "cim-bom”un 3 milyonluq təklifinə müsbət cavab verib. Hazırda yeganə problem onun istədiyi imza puludur. Paulinyo transfer vərəqəsi əlində olduğu üçün 1,5 milyon avro nağd qazanc götürmək istəyirsə, "sarı-qırmızılılar”ın təklifi 1 milyondur.

Çin klubu "Quançjou”dan yenicə ayrılan Paulinyo Birləşmiş Ərəb Əmirlikləri və Qətərdən də təklif alıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR