"Qalatasaray" transfer bombasını partladır

"Qalatasaray” qış transfer pəncərəsində heyətinə ulduz futbolçu qatacaq. 

Sport7.Az xəbər verir ki, "sarı-qırmızı”lılar "İnter”dən serbiyalı Nemanya Vidiçi transfer edəcək. Bu barədə "Corriere Dello Sport” məlumat yayıb. İddiaya görə "İnter” ümidləri doğrultmadığı üçün 33 yaşlı müdafiəçi ilə qış transfer pəncərəsində yollarını ayıracaq. Artıq klub rəsmiləri Vidiçlə yaxından maraqlanan "Monako” və "Qalatasaray”la danışıqlara başlayıb. Ulduz futbolçunun isə İstanbul təmsilçisinə keçməyə müsbət baxdığı bildirilir. 

Sport7.Az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR