"Qalatasaray"da prezident seçkiləri təxirə salındı

Türkiyənin "Qalatasaray" klubunda mayın 22-nə nəzərdə tutulan növbədənkənar prezident seçkiləri təxirə salınıb.

Sport7.az xəbər verir ki, bu haqda İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb. Buna koronavirus pandemiyası ilə bağlı ölkədə tətbiq edilən sərt karantin rejimi səbəb olub.

Seçicilərin problemlə üzləşə biləcəyini nəzərə alan klub seçkilərin yeni vaxtının yaxın günlərdə açıqlanacağını bildirib.

Hələ ötən ilin dekabrında keçirilməli olan prezident seçkiləri eyni səbəbdən təxirə salınmışdı.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR