"Qarabağ"-"Dnepr" matçı Rusiya telekanalında

Avropa Liqasının qrup mərhələsinin dördüncü turunda bu gün keçiriləcək "Qarabağ" - "Dnepr" oyunu Azərbaycan və Ukrayna telekanalları ilə yanaşı, Rusiya TV-sində də canlı yayımla nümayiş etdiriləcək. 

Sport7.Az xəbər verir ki, "NTV Sport Soyuz" telekanalı Ağdam təmsilçininin sözügən matçını yayımlamaq qərarı verib. Artıq bu oyun telekanalın proqramına daxil edilib. 

Qeyd edək ki, "Qarabağ" - "Dnepr" qarşılaşması bu gün, saat 21:00-da başlayacaq.

Xatırladaq ki, bu komandalar arasında Ukraynada keçirilən oyun da "NTV Sport Soyuz" kanalında canlı yayımlanıb.

Sport7.Az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR