"Qarabağ" üçün yarımfinal matçı

Fransa "Sent-Etyen”inin baş məşqçisi Kristof Qaltye Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirilən "İnter” (Milan) matçından sonra jurnalistlərin suallarını cavablandırıb.

Sport7.Az xəbər verir ki, evdəki 1:1 hesablı heç-heçəni şərh edən təcrübəli mütəxəssis növbəti turda keçiriləcək "Qarabağ" matçından da söhbət açıb.
 
O, Ağdam təmsilçisi ilə oyunu yarımfinal matçı qədər önəmli olduğunu bildirib: "Birinci hissə bizdə elə də yaxşı alınmadı. Amma fasilədən sonra toparlandıq və hesabı bərabərləşdirə bildik. Vurduğumuz qol bizi diriltdi. Hesabı artırmaq üçün əla imkanlarımız oldu, amma bunlardan yaxşı faydalana bilmədik. Düzdü, nəticədən razı qalmadım, amma hələ davam edirik. Qrafik çox sıxdı. Bir neçə həftəyə "Qarabağ"la yarımfinal dəyərində matçımız var".
 
Qeyd edək ki, "Sent-Etyen" qrup mərhələsinin ilk matçında "Qarabağ"la Bakıda qolsuz bərabərə qalmışdı.

Sport7.Az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR