"Qarabağ" UEFA-ya rəsmi olaraq şikayət etdi

Avropa Liqasının VI oyun günündə keçirilmiş "Qarabağ" - "İnter" (İtaliya) oyunun 90+4-cü dəqiqəsində baş verən olay bütün ictimayyəti şoka salıb. Oyunu idarə edən çexiyalı hakimlər briqadası Riçard Almeydanın vurduğu qolu hesaba almayınca oyun 0:0 hesabı ilə baş çatıb.

Nəticədə qrupda 6 xal toplayan komanda 3-cü sırada qərarlaşaraq yarışla vidalaşıb. Baş vermiş olaydakı haqsızlıq ictimayyətə böyük təzyiq yaradıb. 

Sport7.Az-ın məlumaına görə "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl bu məsələyə biganə qalmayaraq əldə olan bütün sübutlarla birgə UEFA-ya şikayət məktubu yazılmasını tələb edib.Tələbə uyğun olaraq məktub yazılıb və UEFA-ya göndərilib.

Bununla kifayətlənməyən Tahir Gözəl "Qarabağ"ın haqqını qorumaq üçün İsveçrəyə getməyə hazırlaşır. O, UEFA-dan gələcək cavab əsasında İsveçrəyə gedib lazımi şəxslərlə "Qarabağ"ın hüquqularını qorumaq üçün görüşlər keçirəcək. Artıq Avropa Liqası yarışının direktoru Giorgi Marçetti ilə görüş günü təyin edilib.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR