Qardaşlıq belə olar...

Qardaşlıq belə olar...

AFFA-nın baş katibi Elxan Məmmədov ölkə futbolunda hökmranlıq edir. Əvvəl Məmmədovun maraqlarına təkcə "Sumqayıt" xidmət edirdisə, tədricən ona qulluq edən klubların sayı artdı.

Sadıq Sadıqovu devirmək də Elxan bəyin arzusu idi. O, bu arzunu öz kadrı Elnur Məmmədovu "Neftçi"yə göndərməklə reallaşdırmağı bacardı. Topaz Premyer Liqasında artıq qardaşlamış komandalar var - "Neftçi" və "Sumqayıt". Buna görə də, klubların üz-üzə gəldiyi bütün oyunların yekun nəticəsi istənilən halda şübhə doğurmaya bilməz. 

Ən uğursuz mövsümlərindən birini keçirən "Neftçi"nin elitanın 12-ci turunda "Sumqayıt" səfərdə 2:1 hesabı ilə məğlub etməsi də, şübhəli idi. Axı necə ola bilərdi ki, "İnter"lə heç-heçə edən, "Qarabağ" və "Xəzər Lənkəran"ı udan "kimyaçılar" "ağ-qaralar" qarşısında aciz qalsın? Düzdü, hesabda 1:0 geridə olan, daha sonra biri penaltidən və qapıçı səhvindən sonra 2 qol vurmaqla qələbə qazanan "Neftçi"ni danışılmış oyunla ittiham etmək üçün əlimizdə sübut yoxdu. Lap olsa da belə, danışılmış oyunlara gedənlər cinayət məsuliyyətinə cəlb olunmur. Çünki qanunvericilikdə bunu nəzərdə tutan hər hansı bir maddə mövcud deyil. Yəni, qanunda olan boşluq səbəbi ilə istənilən klub danışılmış oyunda iştirak edə bilər.

Yeri gəlmişkən, "Sumqayıt"ın ötən gün "Qəbələ"yə qarşı möhtəşəm oynadı. "Kimyaçılar"ın baş məşqçisi Samir Abasovu gözəl oyuna görə təbrik etmək olar. 2:2 hesabı ilə başa çatan qarşılaşmada "kimyaçılar"ın xal itirməsi, yalnız təcrübəsizliyə görə oldu. Buna "Neftçi"nin rəsmisi də canlı şahidlik etdi. Özü də Müşahidə Şurasının üzvü Zaur Qəhramanov. O, matçı "Sumqayıt"ın prezidenti Kamran Quliyevlə birgə izlədi, "kimyaçılar"ın vurduğu qola eyni anda sevindi. Deyəsən, toplananların yerini dəyişəndə, cəm dəyişmir...

Qardaşlığı əks etdirən özəl fotoları təqdim edirik:

EMİN SƏFƏROV

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR