"Qəbələ" "Dinamo"ya məğlub oldu

Bu gün "Qəbələ"nin U-19 komandası UEFA Gənclər Liqasının Çempionlar yolunun I mərhələsində cavab oyununu keçirib. 

Sport7.az xəbər verir ki, təmsilçimiz səfərdə Moskva "Dinamo”su ilə qarşılaşıb.

Görüş "Qəbələ"nin 0:5 hesablı məğlubiyyəti ilə başa çatıb.

Xatırladaq ki, bu komandalar arasında Qəbələdə keçirilmiş ilk oyunda Rusiya təmsilçisi 2:0 hesabıyla qələbə qazanmışdı. 

UEFA Gənclər Liqası
Çempionlar yolu, I mərhələ
Cavab oyunu, 19 oktyabr

19:00. "Dinamo” - "Qəbələ” 5:0
Qollar: Terexov, 29, Obolski, 50, 73, Qrulev,85, Sedik, 89

"Dinamo”: 16. İvan Jirkov, 2. Maksim Nenakov, 3. Semen Matviyçuk, 4. Nikita Kalugin, 5. Roman Yevgenyev, 6. Pavel Lelyuxin, 7. Mixail Moqulkin, 8. Eduard Şolox, 9. Nikolay Obolski (k), 11. Anton Teryoxov, 33. Roman Denisov

Ehtiyat oyunçular: 1. Petr Kosarevski, 10. Denis Seduk, 17. Stanislav Latseviç, 18. Artyom Qorbulin, 19. Kirill Burikin, 20. Vyaçeslav Qrulev, 34. Viktor Demyanov. Baş məşqçi: Sergey Çikişev

"Qəbələ”: 36. Süleyman Süleymanov, 16. Ülvü İsgəndərov, 21. Roman Hüseynov, 23. Amin Seydiyev, 24. Maqsud Ələkbərov, 29. Hacıağa Hacıyev, 30. Bəhlul Mustafazadə (k), 55. Xəyal Əmirli, 70. Fərid Nəbiyev, 79. Əli Sadıqov, 98. Rövlan Muradov

Ehtiyat oyunçular: 45. Toğrul Məhəmmədbəyli, 25. Əzəmət Ələkbərli, 31. Elvin Həsənov, 50. Sahil Zeynalov, 66. Nurlan Quliyev, 82. Cavidan Həşimli, 96. Qədir Bayramlı. Baş məşqçi: Hüseynqulu Quliyev


Hakimlər: Dumitru Muntyan, Vyaçeslav Sivaçiov, Anatoli Basiul (hamısı Moldova).

Hakim-inspektor: Yuri Baskakov (Rusiya).

UEFA nümayəndəsi: Anuar Bidanov (Qazaxıstan).

Ximki. "Rodina” stadionu.

İlk oyun – 2:0.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR