"Qəbələ" iki yoldaşlıq matçı keçirəcək

"Qəbələ” 2021/22 mövsümünün hazırlığını davam etdirir.

Sport7.az xəbər verir ki, yay toplanışına iyulun 5-də start verən "qırmızı-qaralar” məşqlərini Qəbələ şəhər stadionunda gerçəkləşdirir. Elmar Baxşıyevin yetirmələri ayın 15-dək doğma arenada hazırlıq keçəcək. Toplanışın ilk mərhələsini başa vurduqdan sonra komanda Bakıya yollanacaq.

"Qəbələ” paytaxtda iki yoxlama görüşü keçirəcək. "Qırmızı-qaralar” ilk sınağına iyulun 16-da çıxacaq. Əaylət təmsilçisi "Zirə” ilə üz-üzə gələcək. 5 gün sonra Baxşıyevin yetirmələri "Səbail”lə qarşılaşacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR