"Qəbələ" "Qarabağ"a, "Neftçi" Sumqayıt"a qarşı - YENİLƏNİR

Bu gün Azərbaycan Premyer Liqasında 16-cı tura yekun vurulacaq. Sport7.Az-ın məlumatına görə, son oyun günündə daha 3 qarşılaşma baş tutacaq.

Günün ilk matçı "Bakı" və "Xəzər Lənkəran" komandaları arasında keçiriləcək. Lənkəran təmsilçisi bu görüşdə qələbə qazanarsa, ən azı 5-ci pillədəki mövqeyini qoruyacaq. "Bakı" isə bu oyunda qalib gəlməklə turnir cədvəlindəki mövqeyini bir qədər yaxşılaşdıra bilər.

Turun ən maraq doğuran oyunu Qəbələdə baş tutacaq. Burada yerli "Qəbələ" klubu  "Qarabağ"ı qəbul edəcək. Ağdam təmsilçisi bu görüşdən 3 xalla ayrılmaqla liderliyini daha da möhkəmləndirmiş olacaq. Lakin "Qəbələ"nin buna nə dərəcədə imkan verəcəyi maraqla gözlənilir. Bu oyun saat 15:00-da başlayacaq.

Turun son matçında "Neftçi" və "Sumqayıt" komandaları üz-üzə gələcək. Yenidən turnir cədvəlinin ikinci pilləsinə yüksəlmək üçün "Neftçi" bu oyunda mütləq qələbə qazanmalıdır. Əks təqdirdə Arif Əsədovun komandası turu üçüncü pillədə başa vuracaq. Sumqayıt təmsilçisi də bu oyunda qələbə qazanmaqla turnir cədvəlində bir pillə irəliləyə bilər. Bu matçın start fiti saat 17:00-da veriləcək. 


14 dekabr 

Azərbaycan Premyer Liqası, 16-cı tur

14:00."Bakı” – "Xəzər Lənkəran”
Hakimlər: Vüsal V. Əliyev, Namiq Hüseynov, Coşqun Həsənov, Elvin Əsgərov.
"Bakı” FK-nın Təlim-Məşq Bazasının stadionu.

15:00. "Qəbələ” – "Qarabağ”
Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Nahid Əliyev, Rəhim Həsənov.
Qəbələ şəhər stadionu.
 
17:00. "Neftçi” – "Sumqayıt”
Hakimlər: Ramil Diniyev, Mübariz Haşımov, İsgəndər Əliyev, Ramil Əhmədov.Bakı.
"Bakcell Arena” 

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR